Şəbəkənizdəki bütün IP adreslərini göstərəcək, istədiyiniz IP adreslərə ping göndərəcək, MAC informasiyası əldə edəcək, coğrafi məkan araşdırması imakanına sahib, IP üzərində bundan daha çox əməliyyat imkanı olan bir proqram axtarırsınızsa tapmısız. Getit`çilər üçün məndən hədiyyə. Bu proqram İngilis dilindən başqa bir neçə dili də dəstəkləyir.

Ebru sənəti Türk incəsənətinin ayrılmaz parçalarından biridir. Yəqin ki, ən azından bir neçə dəfə TV-dən seyr etmişik. Çox incə detallara sahib, mənəvi ölçüləri də olan, hər halda insan fantaziyasının ən məhsuldar nəticələrindən olan bir sənətdir. Görmək istəyənlər üçün video...

Dəyərli istifadəçilərim, internetdə surf edərkən, belə maraqlı bir mənbəyərast gəldim. Düşündüm ki, istifadəçilərim hər halda belə gözəl bir məlumata ehtiyac duyar. Mən də sizə 3000 fərqli yemək tərifini, reseptini təqdim edirəm. Xüsusilə də xanım istifadəçilərimizin daha çox işinə yarayacağını düşünürəm.
Sadəcə problem ola biləcək cəhət reseptlərin türkcə olmasıdır. Burada türk və avropa yeməkləri yer alır. Amma çox sadə dildə yazılıb. Başa düşməkdə böyük problem yaşamayacaqsız.
Adına baxıb yükləməkdən qorxmayın. 3000 yemək resepti olmasına baxmayaraq cəmi 3.7 Mb təşkil edir. Faylın formatı .PDF olmaqla bərabər kitab kimi oxunaqlı və sistemli dizayn edilib.
Uzun zaman öncə Teodor Drayzerin bir əsərini ("Genius") burada sizinlə paylaşmışdım. Bu yaxınlarda mənə həmin paylaşımla əlaqədar təşəkkür gəldi. Düşündüm ki, hər halda Drayzer sevənlər üçün maraqlı olardı, yeni bir paylaşım. Budur sizinlə yenidən Drayzerin başqa bir əsərini "American Tragedy" əsərini paylaşıram. Amma rus dilindədi bu əsər. Qarşıma çıxan bu oldu. Elə olduğu kimi sizinlə paylaşıram. Ümid edirəm əsər xoşunuza gələr..

Microsoft şirkəti rəsmi olaraq live.com sonluqlu mailləri istifadəyə açıb. Artıq siz e-maillərinizi belə də istifadə edə bilərsiniz. Çoxdandır gözləyənlər üçün hər halda çox yaxşı xəbər oldu. O zaman nə gözləyirsiz. Aşağıda ölkələrin müvafiq saytlarını da verirəm. Biz Türkiyənin ya da Rusiyanın saytlarından qeydiyyatdan keçə bilərik...
| Country | Domain |
| ARGENTINA | LIVE.COM.AR |
| AUSTRALIA | LIVE.COM.AU |
| AUSTRIA | LIVE.AT |
| BELGIUM | LIVE.BE |
| CANADA | LIVE.CA |
| CHILE | LIVE.CL |
| CHINA | LIVE.CN |
| DENMARK | LIVE.DK |
| FINLAND | WINDOWSLIVE.COM |
| FRANCE | LIVE.FR |
| GERMANY | LIVE.DE |
| HONG KONG | LIVE.HK |
| INDONESIA | WINDOWSLIVE.COM |
| IRELAND | LIVE.IE |
| ITALY | LIVE.IT |
| JAPAN | LIVE.JP |
| KOREA | LIVE.CO.KR |
| MALAYSIA | LIVE.COM.MY |
| MEXICO | LIVE.COM.MX |
| NETHERLANDS | LIVE.NL |
| NORWAY | LIVE.NO |
| PAKISTAN | LVE.COM.PK |
| PERU | LIVE.COM.PE |
| PORTUGAL | LIVE.COM.PT |
| RUSSIA | LIVE.RU |
| SINGAPORE | LIVE.COM.SG |
| SOUTH AFRICA | LIVE.CO.ZA |
| SWEDEN | LIVE.SE |
| SWITZERLAND | WINDOWSLIVE.COM |
| THAILAND | WINDOWSLIVE.COM |
| TURKIYE | WINDOWSLIVE.COM |
| UK | LIVE.CO.UK |
| USA | LIVE.COM |
| VIETNAM | WINDOWSLIVE.COM |







